Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Levililər - Levililər 8

Levililər 8:4-8

Help us?
Click on verse(s) to share them!
4Musa Rəbbin əmrinə əməl etdi. İcma Hüzur çadırının girişinə yığılanda
5Musa onlara dedi: «Rəbbin əmr etdiyi budur».
6Sonra Musa Harunla oğullarını irəli gətirib onları su ilə yuyundurdu.
7Harunun əyninə xirqəsini geyindirib belinə qurşağını bağladı, üstündən cübbəsini geyindirdi və üstünə efodu qoydu. Efodun kəmərini belinə bağlayıb efodu özünə bərkitdi.
8Efodun üstündən döşlüyünü, döşlüyündə isə Urim və Tummimi yerləşdirdi.

Read Levililər 8Levililər 8
Compare Levililər 8:4-8Levililər 8:4-8