Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Levililər - Levililər 24

Levililər 24:12-21

Help us?
Click on verse(s) to share them!
12O adamı həbs edib Rəbbin qərarını gözlədilər.
13Rəbb Musaya belə dedi:
14«Lənət edəni düşərgədən kənara çıxar; qoy bu lənəti eşidənlər əllərini o adamın başına qoysunlar. Sonra qoy bütün icma onu daşqalaq etsin.
15İsrail övladlarına belə de: “Allahına lənət edən hər kəs öz günahının cəzasını çəkəcək;
16Rəbbin adına küfr edən hər kəs öldürülməlidir. Bütün icma onu daşqalaq etsin; istər yadelli, istər yerli olsun, Allahın adına küfr etdiyinə görə öldürülməlidir.
17Başqa bir adamın canını alan hər kəs öldürülməlidir.
18Heyvanı öldürən isə can əvəzinə can olaraq zərəri ödəsin.
19Bir adam başqa adamı yaralayarsa, o nə cür edibsə, ona da belə edilsin:
20sınıq əvəzinə sınıq, göz əvəzinə göz, diş əvəzinə diş; o adama nə cür yara vurubsa, ona da belə yara vurulsun.
21Heyvan öldürən zərərini ödəsin. Adam öldürən isə özü öldürülsün.

Read Levililər 24Levililər 24
Compare Levililər 24:12-21Levililər 24:12-21