Text copied!
Bibles in South Azerbaijani

Levililər 24:12-21 in South Azerbaijani

Help us?

Levililər 24:12-21 in Azərbaycan dilində Müqəddəs Kitab

12 O adamı həbs edib Rəbbin qərarını gözlədilər.
13 Rəbb Musaya belə dedi:
14 «Lənət edəni düşərgədən kənara çıxar; qoy bu lənəti eşidənlər əllərini o adamın başına qoysunlar. Sonra qoy bütün icma onu daşqalaq etsin.
15 İsrail övladlarına belə de: “Allahına lənət edən hər kəs öz günahının cəzasını çəkəcək;
16 Rəbbin adına küfr edən hər kəs öldürülməlidir. Bütün icma onu daşqalaq etsin; istər yadelli, istər yerli olsun, Allahın adına küfr etdiyinə görə öldürülməlidir.
17 Başqa bir adamın canını alan hər kəs öldürülməlidir.
18 Heyvanı öldürən isə can əvəzinə can olaraq zərəri ödəsin.
19 Bir adam başqa adamı yaralayarsa, o nə cür edibsə, ona da belə edilsin:
20 sınıq əvəzinə sınıq, göz əvəzinə göz, diş əvəzinə diş; o adama nə cür yara vurubsa, ona da belə yara vurulsun.
21 Heyvan öldürən zərərini ödəsin. Adam öldürən isə özü öldürülsün.
Levililər 24 in Azərbaycan dilində Müqəddəs Kitab