Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Levililər - Levililər 18

Levililər 18:4-15

Help us?
Click on verse(s) to share them!
4Mənim hökmlərimə əməl edib qanunlarıma riayət edin, onlara uyğun yaşayın. Allahınız Rəbb Mənəm.
5Qaydalarıma və hökmlərimə səylə əməl edin; onları yerinə yetirən adam bunların sayəsində yaşayacaq. Rəbb Mənəm.
6Qoy heç kəs öz yaxın qohumları ilə cinsi əlaqədə olmaq üçün onlara yaxınlaşmasın. Rəbb Mənəm.
7Atanla cinsi əlaqədə olma, ananla da cinsi əlaqədə olma; o sənin anandır, onunla cinsi əlaqədə olma.
8Atanın arvadı ilə cinsi əlaqədə olma, çünki o sənin atanın namusudur.
9Atabir yaxud anabir bacınla, səninlə bir evdə yaxud başqa yerdə böyümüş bacınla cinsi əlaqədə olma.
10Öz oğlunun qızı yaxud qızının qızı ilə cinsi əlaqədə olma, çünki onların namusu sənin namusundur.
11Atanın başqa arvadından doğulan qızı ilə cinsi əlaqədə olma; o sənin bacındır.
12Bibinlə cinsi əlaqədə olma, çünki o, atanın yaxın qohumudur.
13Xalanla cinsi əlaqədə olma, çünki o, ananın yaxın qohumudur.
14Əminin namusunu tapdalama, onun arvadı ilə yaxınlıq etmə, çünki o sənin əmiarvadındır.
15Oğlunun arvadı ilə cinsi əlaqədə olma. Oğlunun arvadı olduğu üçün onunla cinsi əlaqədə olma.

Read Levililər 18Levililər 18
Compare Levililər 18:4-15Levililər 18:4-15