27Baş mühafizəçi oyanıb zindanın qapılarını açıq görəndə qılıncını çəkib canına qəsd etmək istədi. Elə bildi ki, məhbuslar qaçıb.
28Amma Paul bərkdən qışqırıb dedi: «Canına qıyma, hamımız buradayıq!»
29Baş mühafizəçi işıq gətirdib içəri qaçdı. Titrəyə-titrəyə Paul və Silanın qarşısında yerə döşəndi.
30Onları bayıra çıxararaq soruşdu: «Ağalar, xilas olmaq üçün nə etməliyəm?»
31Onlar dedilər: «Rəbb İsaya iman et, sən də, ev əhlin də xilas olarsınız».
32Sonra həm ona, həm də onun ev əhlinə Rəbbin kəlamını bildirdilər.
33Gecənin bu vədəsində baş mühafizəçi onları götürüb yaralarını yudu. Sonra həm özü, həm də ev əhli dərhal vəftiz oldu.
34Paulla Silanı evinə aparıb onlar üçün süfrə açdı. Allaha iman etdiklərinə görə o və bütün ev əhli şad oldular.