5Sevgilisinə söykənib çöldən gələn Bu gözəl kimdir? Qız: Alma ağacı altda səni oyatdım. Sən orada ananın bətninə düşmüsən, Orada anan ağrı çəkib, səni doğub.
6Məni qəlbinin başında, qolunun üstündə Bir möhür kimi saxla. Çünki sevgi ölüm qədər qüvvətlidir, Qısqanclıq ölülər diyarı kimi möhkəmdir, Onun odu alovlanır, O, atəşdir, tamamilə yandırıb-yaxır.
7Sevgini ümman sular söndürə bilməz, Onu çağlayan çaylar batıra bilməz. Bir insan sevgisi uğrunda var-yoxunu versə belə, Hamı ona xor baxar.
8Bir kiçik bacımız var, Hələ döşləri çıxmayıb. Bacımıza elçi gələn gün Onun üçün nə edək?
9Əgər o, bir hasar olsaydı, Biz üstünə gümüşdən bürc vurardıq. Əgər o, bir qapı olsaydı, Onu sidrdən xonça bağlayıb dövrəyə alardıq.
10Mən bir hasaram, Döşlərim qüllələrə oxşar, Ona görə yarımın gözləri məndən razı qalar.
11Süleymanın Baal-Hamonda bir üzüm bağı var idi, O bu bağı kirayəyə verirdi. Məhsula görə hər kirayə alan Ona min parça gümüş gətirməli idi.
12Mənim də bağım var, onun sahibiyəm, Ey Süleyman, min parça gümüş sənin olsun, İki yüz gümüş kirayə alanlara qalsın.
13Sən, ey bağçalarda məskən salan gözəl, Dostlar səni dinləyir, Mənə də səsini eşitdir.