Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Nəğmələr Nəğməsi - Nəğmələr Nəğməsi 7

Nəğmələr Nəğməsi 7:2-7

Help us?
Click on verse(s) to share them!
2Göbəyin cürbəcür şərabların tükənmədiyi Dəyirmi piyaləyə bənzəyir. Belin zanbaqlara bürünən Bir dəstə sünbülə bənzəyir,
3Döşlərin cüt ceyran balası kimi, Əkiz maral balası kimi qoşadır.
4Boynun fil dişi qülləsi kimi gözəldir. Gözlərin Bat-Rabbim darvazası yanındakı Xeşbon hovuzuna bənzəyir. Burnun Dəməşqə baxan Livan qülləsi kimi gözəldir.
5Başın Karmel dağı kimi dik durur, Başındakı tellər tünd qırmızı rəngə çalır, Padşah zülfünün əsiri olur.
6Nə qəşəngsən, nə şirinsən, Ey məlahətli sevgilim.
7Qamətin xurma ağacına, Döşlərin salxımlara bənzəyir.

Read Nəğmələr Nəğməsi 7Nəğmələr Nəğməsi 7
Compare Nəğmələr Nəğməsi 7:2-7Nəğmələr Nəğməsi 7:2-7