Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Nəğmələr Nəğməsi - Nəğmələr Nəğməsi 1

Nəğmələr Nəğməsi 1:9-17

Help us?
Click on verse(s) to share them!
9Ey yarım, sən Fironun arabalarını çəkən Gözəl madyana bənzəyirsən.
10Yanağına düşən bəzəklərlə, Boynundakı daş-qaşdan olan boyunbağı ilə Bax nə qədər gözəlsən.
11Sənə düymələri gümüşdən Qızıl silsilə düzəldəcəyik.
12Padşah süfrəsində oturarkən Hər yanı nard çiçəyimin ətri bürüyür.
13Mənim üçün sevgilim Döşlərimin arasında yatan mirra kisəsidir.
14Mənim üçün sevgilim En-Gedinin üzüm bağlarındakı bir dəstə xınagülüdür.
15Ey yarım, nə gözəlsən, nə gözəlsən! Göyərçin gözlüsən!
16Ey sevgilim, nə gözəlsən, Sən nə qədər şirinsən! Yaşıldır yatağımız.
17Evlərimizin dirəkləri sidr ağacındandır, Tavanımızın oymaları şam ağacındandır.

Read Nəğmələr Nəğməsi 1Nəğmələr Nəğməsi 1
Compare Nəğmələr Nəğməsi 1:9-17Nəğmələr Nəğməsi 1:9-17