Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Luka - Luka 1

Luka 1:8-16

Help us?
Click on verse(s) to share them!
8Bir gün Zəkəriyyə öz bölüyünün növbəsində Allahın önündə kahinlik xidmətini icra edirdi.
9Rəbbin məbədinə daxil olub buxur yandırmaq üçün kahinlik adətinə görə atılan püşk ona düşdü.
10Buxur yandırma zamanı bütün camaat məbəddən kənarda dua edirdi.
11Bu vaxt Rəbbin bir mələyi buxur qurbangahının sağında durub Zəkəriyyəyə göründü.
12Zəkəriyyə bunu görüb təlaşa düşdü və çox qorxdu.
13Mələk isə ona dedi: «Qorxma, Zəkəriyyə! Sənin duan eşidildi. Arvadın Elizavet sənə bir oğul doğacaq. Sən də onun adını Yəhya qoy.
14Sən sevinib şadlanacaqsan. Çox adam onun dünyaya gəlməsinə görə sevinəcək.
15Çünki o, Rəbbin gözündə böyük olacaq. O, şərab və başqa kefləndirici içki içməyəcək; hələ ana bətnində olarkən Müqəddəs Ruhla dolu olacaq.
16O, İsrail övladlarının çoxunu Allahı Rəbb tərəfə döndərəcək.

Read Luka 1Luka 1
Compare Luka 1:8-16Luka 1:8-16