Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Luka - Luka 19

Luka 19:15-27

Help us?
Click on verse(s) to share them!
15O, padşah təyin olunub qayıdanda pul verdiyi həmin qulları yanına çağırtdırdı və nə qazandıqlarını öyrənmək istədi.
16Birincisi gəlib dedi: “Ağa, sənin bir minan on mina da qazandırdı”.
17Ağası ona dedi: “Afərin, yaxşı qulum! Ən kiçik bir işdə mənə sadiq olduğun üçün on şəhərin idarəsini üzərinə götür”.
18İkincisi gəlib dedi: “Ağa! Sənin bir minan beş mina da qazandırdı”.
19Ağası ona da “sən də beş şəhərə hakim ol” dedi.
20Bir başqası gəlib dedi: “Ağa! Budur sənin minan, onu dəsmala büküb saxlayırdım.
21Çünki səndən qorxurdum, sən qəddar bir adamsan, özün qoymadığını götürürsən və özün əkmədiyini biçirsən”.
22Ağası ona dedi: “Ay pis qul, səni öz ağzından çıxan sözlərlə mühakimə edəcəyəm! Mənim qəddar bir adam olduğumu, özüm qoymadığımı götürdüyümü və özüm əkmədiyimi biçdiyimi bilirdinmi?
23Bəs onda nə üçün mənim pulumu sərraflara vermədin ki, mən qayıdanda onu faizlə geri alım?”
24Sonra ətrafında olanlara dedi: “Əlindəki minanı ondan alın və on minası olana verin!”
25Ona dedilər: “Ay ağa, axı artıq onun on minası var!”
26O, sözünə belə davam etdi: “Sizə deyirəm: kimin varıdırsa, daha çox veriləcək, kimin yoxudursa, əlində olan da alınacaq.
27Mənim onların padşahı olmağımı istəməyən düşmənlərimi isə buraya gətirin və mənim gözümün qabağında qılıncdan keçirin!”»

Read Luka 19Luka 19
Compare Luka 19:15-27Luka 19:15-27