Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Levililər - Levililər 8

Levililər 8:2-11

Help us?
Click on verse(s) to share them!
2«Harunla oğullarını, geyimlərini, məsh yağını və günah qurbanı kəsmək üçün bir buğa, iki qoç, bir səbət mayasız çörək götür.
3Sonra bütün icmanı Hüzur çadırının girişinə topla».
4Musa Rəbbin əmrinə əməl etdi. İcma Hüzur çadırının girişinə yığılanda
5Musa onlara dedi: «Rəbbin əmr etdiyi budur».
6Sonra Musa Harunla oğullarını irəli gətirib onları su ilə yuyundurdu.
7Harunun əyninə xirqəsini geyindirib belinə qurşağını bağladı, üstündən cübbəsini geyindirdi və üstünə efodu qoydu. Efodun kəmərini belinə bağlayıb efodu özünə bərkitdi.
8Efodun üstündən döşlüyünü, döşlüyündə isə Urim və Tummimi yerləşdirdi.
9Onun başına çalmanı, çalmanın qabaq hissəsinə qızıl lövhəciyi olan müqəddəslik tacını qoydu. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
10Musa məsh yağını götürüb məskəni və içindəki hər şeyi məsh edərək təqdis etdi.
11Sonra məsh yağını qurbangaha yeddi dəfə çiləyib onunla bütün avadanlığını, ləyənlə altlığını da təqdis etmək üçün məsh etdi.

Read Levililər 8Levililər 8
Compare Levililər 8:2-11Levililər 8:2-11