Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Levililər - Levililər 27

Levililər 27:24-30

Help us?
Click on verse(s) to share them!
24Azadlıq ilində həmin tarla mülk olub onu satan adama qaytarılsın.
25Bütün dəyərlər Müqəddəs yerdəki şekelə görə sayılsın. Bu şekel iyirmi geraya bərabərdir.
26Heyvanlar arasında ilk doğulanlar Rəbbə məxsusdur. Heç kim onu yenidən təqdis etməsin. İstər mal-qara, istər qoyun-keçi olsun, onlar Rəbbindir.
27Əgər murdar heyvanın balası olsa, onu gətirən adam ümumi dəyərinə beşdə birini əlavə edərək geri satın ala bilər. Əgər o geri satın alınmırsa, dəyərinə satılsın.
28Bir nəfərin öz əmlakından istər adam, istər heyvan, istər mülkü olan tarla sahəsi olsun – Rəbb üçün məhv edilməyə həsr etdiyi hər bir şey nə satılsın, nə də geri satın alınsın. Məhv edilməyə həsr olunmuş hər şey Rəbb üçün ən müqəddəsdir.
29Məhv edilməyə həsr olunmuş hər kəs geri satın alınmamalıdır, hamısı öldürülməlidir.
30Torpağın məhsulundan – onun verdiyi taxıldan və ağacların meyvəsindən bütün onda bir hissə Rəbbə məxsusdur və Onun üçün təqdis edilib.

Read Levililər 27Levililər 27
Compare Levililər 27:24-30Levililər 27:24-30