Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Həvarilərin Işləri - Həvarilərin Işləri 11

Həvarilərin Işləri 11:8-12

Help us?
Click on verse(s) to share them!
8Mən dedim: “Əsla, ya Rəbb! Heç vaxt mənim ağzıma nə haram, nə də murdar bir şey dəyməyib”.
9Yenə göydən səda gəldi: “Allahın halal dediyi şeylərə sən haram demə”.
10Bu, üç dəfə təkrarlanandan sonra hər şey yenə göyə çəkildi.
11Elə bu zaman Qeysəriyyədən mənim yanıma göndərilən üç kişi qaldığımız evin qapısında dayandı.
12Ruh mənə dedi ki, tərəddüd etmədən onlarla gedim. İmanlı qardaşlarımız olan bu altı nəfər də mənə qoşulub həmin kişinin evinə girdik.

Read Həvarilərin Işləri 11Həvarilərin Işləri 11
Compare Həvarilərin Işləri 11:8-12Həvarilərin Işləri 11:8-12