9Ancaq hamıdan yuxarıda olan padşah ədalətli olsa, hər kəs öz tarlasının bəhrəsindən xeyir götürər.
10Pul sevən puldan doymaz, Var-dövlət sevən də qazancdan. Bu da puçdur.
11Var-dövlət çoxaldıqca Onu yeyənlər də çoxalır. Gözləri ilə görməkdən savayı Sahibinə ondan nə fayda var?