Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Vaiz - Vaiz 4

Vaiz 4:8-16

Help us?
Click on verse(s) to share them!
8Tənha bir adam var idi, Onun nə oğlu, nə də qardaşı var idi. Zəhmət çəkməkdən yorulmazdı, Lakin yenə də gözləri mal-dövlətdən doymurdu. Özündən soruşmurdu ki, Kimin üçün bu qədər zəhmət çəkirəm, Kimin üçün özümü zövq almaqdan məhrum edirəm? Bu da puçdur, böyük bir dərddir.
9İki adam bir adamdan yaxşıdır, Çünki zəhmətləri üçün yaxşı muzd alacaqlar.
10Əgər biri yıxılsa, O biri yoldaşını qaldırar. Lakin vay o adamın halına ki, Yıxılanda onu qaldıran olmur!
11Həmçinin iki nəfər bir yerdə yatarsa, Bir-birini isidər. Amma tək yatan necə isinə bilər?
12Əgər bir nəfər tək qalıb məğlub olarsa, İki nəfər hücuma tab gətirə bilər. Üçqat ip tez qırılmaz.
13Yoxsul və hikmətli bir cavan irad qəbul etməyən qoca və səfeh padşahdan yaxşıdır.
14Çünki o cavan bu ölkədə yoxsulluq içində doğulsa da, zindana düşsə də, çıxıb padşah ola bilər.
15Gördüm ki, səma altında dolaşan bütün adamlar padşah taxtına oturan bu cavanın ardınca gedir.
16Onun başına yığışan bütün xalqın sayı-hesabı yox idi. Ancaq sonra gələn nəsillər onun üçün də sevinməyəcək. Bu da puçdur, külək dalınca qaçmağa bənzər.

Read Vaiz 4Vaiz 4
Compare Vaiz 4:8-16Vaiz 4:8-16