1Mən yenə səma altında edilən Bütün zülmləri gördüm: Məzlumların göz yaşlarını gördüm, Onlara təsəlli verən yox idi, Qüdrət zalımların əlində idi, Məzlumlara təsəlli verən yox idi.
2Çoxdan ölüb getmiş adamları Hələ diri qalanlardan daha xoşbəxt saydım.
3Bunlardan da xoşbəxt o adamdır ki, Hələ dünyaya gəlməyib, Səma altında edilən pisliyi görməyib.
4Mən gördüm ki, bir adamın çəkdiyi bütün zəhmətlər, yaxşı gedən bütün işlər qonşusunda qısqanclıqdan həvəs yaradır. Bu da puçdur, külək dalınca qaçmağa bənzər.
5Ağılsız adam əlini qoynuna qoyur, Öz canını üzür.
6Bir ovuc dolusunun gətirdiyi rahatlıq İki ovuc dolusunun gətirdiyi Zəhmətdən və külək dalınca qaçmaqdan yaxşıdır.