Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Nəğmələr Nəğməsi - Nəğmələr Nəğməsi 5

Nəğmələr Nəğməsi 5:10-14

Help us?
Click on verse(s) to share them!
10Sevgilim nur saçır, əlvan rənglidir, O, on minlərin arasından seçilir.
11Başı sanki saf qızıldır, Qıvrım saçı qara qarğa tək qaradır.
12Gözləri axar sular kənarındakı göyərçinlərə oxşayır, Süd içində yuyunmuşlar, Öz yuvasında cəvahir tək görünərlər.
13Yanaqları ətirli gülüstana oxşayır, Hər yana ətir saçır, Dodaqları zanbaqlara bənzəyir, Ondan mirra tökülür.
14Əlləri sanki sarı yaqutla bəzənən qızıl budaqdır, Qaməti sanki yaqutlarla naxışlanan fil dişidir.

Read Nəğmələr Nəğməsi 5Nəğmələr Nəğməsi 5
Compare Nəğmələr Nəğməsi 5:10-14Nəğmələr Nəğməsi 5:10-14