16Həddən artıq saleh olma, Həddən artıq müdrik olma. Nə üçün özünü üzəsən?
17Həddən artıq pis olma, Həddən artıq ağılsız olma. Nə üçün əcəlin çatmamış öləsən?
18Bir şeydən yapışmağın yaxşıdır, Amma o birindən də əlini çəkmə. Çünki Allahdan qorxan adam Hər ikisini tarazlayar.
19Hikmət ağıllı adama Şəhərdə olan on hakimin hökmündən Daha çox güc verər.
20Doğrudan da, yer üzündə elə saleh adam yoxdur ki, Yalnız yaxşılıq edib heç bir günah etməsin.
21Adamların dediyi hər sözə məhəl qoyma, Onda nökərinin səni söydüyünü eşitməzsən.
22Çünki sənin ürəyin də yaxşı bilir ki, Sən də başqa adamları çox söymüsən.