1Yaxşı ad ətirli yağdan, Ölüm günü isə doğum günündən yaxşıdır.
2Yas evinə getmək Ziyafət evinə getməkdən yaxşıdır, Çünki hər kəsin axırı ölümdür. Gərək yaşayan hər adam Bunu yadında saxlasın.
3Qüssə gülməkdən yaxşıdır, Çünki üzün qəmgin olması İnsan üçün daha yaxşıdır.
4Hikmətli adamın ürəyi yas evindədir, Amma ağılsızın ürəyi şadlıq evində.
5Hikmətli adamın məzəmmətini eşitmək Ağılsızın nəğməsini eşitməkdən yaxşıdır.
6Çünki ağılsız adamın gülməyi Qazan altında yanan tikanlı kolun səsi kimidir. Bu da puçdur.
7Haram gəlir hikmətli adamı ağılsıza çevirir, Rüşvət isə ürəyi bərbad edir.
8Bir şeyin axırı əvvəlindən yaxşıdır, Səbirli adam qürurludan yaxşıdır.
9Qəzəblənməyə tələsmə, Çünki qəzəb ağılsızların Ürəyində yuva salar.
10“Niyə keçən günlər bu gündən yaxşı idi?” demə, Çünki verdiyin sual hikmətli sual deyil.
11Hikmət miras mal qədər yaxşıdır, Dünyada yaşayan hər kəs üçün faydalıdır.