15Ağılsızların çəkdikləri zəhmət Özlərini yorar, Onlar şəhərə gedən yolu da bilmir.
16Əgər padşahın bir uşaqdırsa, Başçıların səhər tezdən Ziyafətə başlayırsa, Onda vay halına, ey ölkə!
17Əgər padşahın bir əsilzadədirsə, Başçıların da vaxtında Keflənmək üçün yox, qüvvətlənmək üçün yeyirsə, Onda xoş halına, ey ölkə!
18Tənbəllik üzündən evin damı uçar, Heç bir iş görməsən, evin tavanı damar.