Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 6:8-27 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 6:8-27 in Azərbaycan dilində Müqəddəs Kitab

8 Yayda azuqələrini yığar, Biçin vaxtı özlərinə yem toplayarlar.
9 Ey tənbəl, nə qədər yatacaqsan? Nə vaxt yuxudan oyanacaqsan?
10 Bir az da uzanıb yuxuya dalsan, Əl-qolunu uzadaraq yatsan,
11 Yoxsulluq soyğunçu kimi üstünə gələr, Ehtiyac quldur kimi sənə hücum çəkər.
12 Yaramaz adam – şər insan Əyri danışaraq dolanar,
13 Göz vurar, ayaqları ilə işarə edər, Barmaqları ilə göstərər.
14 Qəlbinin məkrli niyyəti var, Həmişə şər qurar, nifaq salar.
15 Ona görə başına qəfildən bəla gələr, Birdən yıxılıb çarəsiz qalar.
16 Rəbbin zəhləsi altı şeydən gedir, Yeddi şey var, ondan ikrah edir:
17 Təkəbbürlə baxan gözlər; Yalan danışan dil; Nahaq qan tökən əllər;
18 Məqsədi şər olan ürək; Şərə çatmaq üçün qaçan ayaqlar;
19 Nəfəsini yalanla çıxaran yalançı şahid; Qardaşlar arasında nifaq salan şəxs.
20 Oğlum, atanın əmrini yerinə yetir, Ananın öyrətdiklərini atma.
21 Onları qəlbinin başına yapışdır, Həmişə onları boynuna bağla.
22 Gəzəndə onlar sənə yol göstərər, Yatanda səni hifz edər, Oyananda sənə məsləhət verər.
23 Bu əmr çıraqdır, bu təlim nurdur, Tərbiyə üçün edilən məzəmmət həyat yoludur.
24 Bunlar səni pozğun qadından, Şirindilli yad arvaddan qoruyar.
25 Onun gözəlliyinə aşiq olma, Onun kirpiklərinin əsiri olma.
26 Fahişənin üzündən insan bir tikə çörəyə möhtac qalar, Kiminsə zinakar arvadı insanın qiymətli canını ovlar.
27 Bir kişi qoynuna od alanda Əyin-başı yanmazmı?
Süleymanin Məsəlləri 6 in Azərbaycan dilində Müqəddəs Kitab