Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 24:11-24 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 24:11-24 in Azərbaycan dilində Müqəddəs Kitab

11 Ölümə aparılanları qurtar, Qırğın təhlükəsi altında olanları geri çək.
12 Desən ki, bax bundan xəbərim yox idi, Ürəkləri yoxlayan bunu görməzmi? Canını qoruyan bunu bilməzmi? İnsan əməlinə görə Ondan əvəz almazmı?
13 Oğlum, bal ye, xeyri var, Şanı balının şirin dadı damağında qalar.
14 Bil ki, hikmət də canın üçün belə olar, Onu tapsan, nəticəsi də var, Ümidin boşa çıxmaz.
15 Ey şər insan, salehin yurdu üçün pusqu qurma, Onun evini soyma.
16 Saleh yeddi dəfə yıxılsa belə, yenə qalxar, Şər insan büdrəsə, bəlaya düçar olar.
17 Düşməninin yıxılmasına sevinmə, Onun büdrəməsinə görə ürəyin fərəhlənməsin.
18 Yoxsa Rəbb görər, bundan xoşu gəlməz, Düşmənin üzərindən qəzəbini götürər.
19 Pislik edənlərə görə qəzəblənmə, Şər insanlara qibtə etmə,
20 Çünki pis insanın axırı yoxdur, Şər adamın çırağı sönər.
21 Oğlum, Rəbdən və padşahdan qorx, Xəyanətkarlarla yoldaş olmaqdan çəkin.
22 Onların bəlası qəfildən gəlir. Hər ikisinin verəcəyi cəzanı kim bilir?
23 Bu sözləri də hikmətlilər deyib: Məhkəmədə tərəfkeşlik etmək yaxşı deyil.
24 Pis insana «sən salehsən» deyəni xalqlar qınayar, Ümmətlər lənət yağdırar.
Süleymanin Məsəlləri 24 in Azərbaycan dilində Müqəddəs Kitab