Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 11:4-11 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 11:4-11 in Azərbaycan dilində Müqəddəs Kitab

4 Heç kimi var-dövləti qəzəb günündən xilas etməz, Amma salehlik insanı ölümdən qurtarar.
5 Kamil insanın yolunu salehliyi düz edər, Şər adamı pisliyi yıxar.
6 Əməlisalehi salehliyi qurtarar, Xaini acgözlüyü tələyə salar.
7 Şər insan ölər, ümidi də boşa çıxar, Pislərin arzusu itib-batar.
8 Saleh dardan qurtular, Onun yerinə pis insan dara düşər.
9 Allahsızın dili qonşusunu məhv edər, Bilik salehi xilas edər.
10 Salehlər xeyrə çatanda bütün şəhər şad olar, Şər adamlar öləndə sevinc harayı qalxar.
11 Əməlisalehlərin alqışı şəhəri şərəfə çatdırar, Lakin şərin qarğışı oranı viran qoyar.
Süleymanin Məsəlləri 11 in Azərbaycan dilində Müqəddəs Kitab