Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 11

Süleymanin Məsəlləri 11:4-11

Help us?
Click on verse(s) to share them!
4Heç kimi var-dövləti qəzəb günündən xilas etməz, Amma salehlik insanı ölümdən qurtarar.
5Kamil insanın yolunu salehliyi düz edər, Şər adamı pisliyi yıxar.
6Əməlisalehi salehliyi qurtarar, Xaini acgözlüyü tələyə salar.
7Şər insan ölər, ümidi də boşa çıxar, Pislərin arzusu itib-batar.
8Saleh dardan qurtular, Onun yerinə pis insan dara düşər.
9Allahsızın dili qonşusunu məhv edər, Bilik salehi xilas edər.
10Salehlər xeyrə çatanda bütün şəhər şad olar, Şər adamlar öləndə sevinc harayı qalxar.
11Əməlisalehlərin alqışı şəhəri şərəfə çatdırar, Lakin şərin qarğışı oranı viran qoyar.

Read Süleymanin Məsəlləri 11Süleymanin Məsəlləri 11
Compare Süleymanin Məsəlləri 11:4-11Süleymanin Məsəlləri 11:4-11