Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 10:23-29 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 10:23-29 in Azərbaycan dilində Müqəddəs Kitab

23 Axmaq üçün şər iş görmək bir əyləncədir, Dərrakəlininsə hikməti var.
24 Şər adam nədən qorxursa, başına gələr, Saleh isə muradına çatar.
25 Qopan tufan şəri süpürüb aparar, Salehin təməli əbədi qalar.
26 Dişlərə sirkə, gözlərə tüstü necə təsir edirsə, Tənbələ iş buyuran bunu elə hiss edər.
27 Rəbb qorxusu ömür uzadar, Şər insanların ömründən illər azalar.
28 Salehləri sevinc gözlər, Şər insanların ümidi boşa çıxar.
29 Kamilin pənahı Rəbbin yoludur. Şər iş görənin başı bəla ilə doludur.
Süleymanin Məsəlləri 10 in Azərbaycan dilində Müqəddəs Kitab