Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 10

Süleymanin Məsəlləri 10:23-29

Help us?
Click on verse(s) to share them!
23Axmaq üçün şər iş görmək bir əyləncədir, Dərrakəlininsə hikməti var.
24Şər adam nədən qorxursa, başına gələr, Saleh isə muradına çatar.
25Qopan tufan şəri süpürüb aparar, Salehin təməli əbədi qalar.
26Dişlərə sirkə, gözlərə tüstü necə təsir edirsə, Tənbələ iş buyuran bunu elə hiss edər.
27Rəbb qorxusu ömür uzadar, Şər insanların ömründən illər azalar.
28Salehləri sevinc gözlər, Şər insanların ümidi boşa çıxar.
29Kamilin pənahı Rəbbin yoludur. Şər iş görənin başı bəla ilə doludur.

Read Süleymanin Məsəlləri 10Süleymanin Məsəlləri 10
Compare Süleymanin Məsəlləri 10:23-29Süleymanin Məsəlləri 10:23-29