Text copied!
Bibles in South Azerbaijani

Zəbur 96:3-9 in South Azerbaijani

Help us?

Zəbur 96:3-9 in Azərbaycan dilində Müqəddəs Kitab

3 Ehtişamını millətlərə elan edin, Xariqələrini bütün xalqlara bəyan edin!
4 Axı Rəbb əzəmətlidir, bol həmdə layiqdir, O bütün allahlardan daha zəhmlidir.
5 Bütün özgə xalqların allahları bütlərdir, Lakin göyləri yaradan Rəbdir.
6 Ehtişam və əzəmət hüzurundadır, Müqəddəs məkanında gözəlliklə qüdrət var.
7 Ey xalqların tayfaları, Rəbbə verin – İzzəti, qüdrəti Rəbbə verin,
8 Adına layiq izzəti Rəbbə verin, Həyətinə girib təqdimlər verin.
9 Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin, Ey bütün dünya, Onun hüzurunda lərzəyə gəlin!
Zəbur 96 in Azərbaycan dilində Müqəddəs Kitab