Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 96

Zəbur 96:3-9

Help us?
Click on verse(s) to share them!
3Ehtişamını millətlərə elan edin, Xariqələrini bütün xalqlara bəyan edin!
4Axı Rəbb əzəmətlidir, bol həmdə layiqdir, O bütün allahlardan daha zəhmlidir.
5Bütün özgə xalqların allahları bütlərdir, Lakin göyləri yaradan Rəbdir.
6Ehtişam və əzəmət hüzurundadır, Müqəddəs məkanında gözəlliklə qüdrət var.
7Ey xalqların tayfaları, Rəbbə verin – İzzəti, qüdrəti Rəbbə verin,
8Adına layiq izzəti Rəbbə verin, Həyətinə girib təqdimlər verin.
9Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin, Ey bütün dünya, Onun hüzurunda lərzəyə gəlin!

Read Zəbur 96Zəbur 96
Compare Zəbur 96:3-9Zəbur 96:3-9