Text copied!
Bibles in South Azerbaijani

Zəbur 94:8-19 in South Azerbaijani

Help us?

Zəbur 94:8-19 in Azərbaycan dilində Müqəddəs Kitab

8 Dərk edin, ey xalqın nadanları! Ey axmaqlar, nə vaxt ağla gələcəksiniz?
9 Qulaqları yaradan eşitməzmi? Gözlərə quruluş verən görməzmi?
10 Məgər millətlərə təlim verən, İnsanlara bilik öyrədən tənbeh etməzmi?
11 Rəbb insanın düşüncələrini görər, Bunların boş olduğunu bilər.
12 Ya Rəbb, bəxtiyar o insandır ki, ona təlim vermisən, Öz qanununu öyrətmisən!
13 Pislər üçün qəbir qazılanadək Onu dar gündən çıxarıb dinclik verəcəksən.
14 Çünki Rəbb xalqını Özündən ayırmaz, İrsini Öz əlindən verməz.
15 Yenə ədalətli hökmlər çıxarılacaq, Ürəyidüz olanlar haqqın ardınca gedəcək.
16 Kim mənim üçün pislərə qarşı durar? Şər iş görənlərə qarşı kim müdafiəçim olar?
17 Əgər Rəbb köməyim olmasaydı, Canım sükut diyarına vaxtsız köçərdi.
18 Mən «ayağım büdrəyir» deyən zaman, Ya Rəbb, mənə məhəbbətinlə dayaqsan.
19 Mən daxilən çox narahat olarkən Təsəlli verərək məni fərəhləndirirsən.
Zəbur 94 in Azərbaycan dilində Müqəddəs Kitab