Text copied!
Bibles in South Azerbaijani

Zəbur 94:4-16 in South Azerbaijani

Help us?

Zəbur 94:4-16 in Azərbaycan dilində Müqəddəs Kitab

4 Dillərindən lovğa sözlər tökülür, Bütün şər iş görənlər öyünürlər.
5 Ya Rəbb, xalqını əzirlər, Sənin irsindən olan adamlara zülm edirlər.
6 Dul qadını və qəribi öldürürlər, Yetimləri qırırlar.
7 Belə deyirlər: «Rəbb heç nə görmür, Yaqubun Allahı heç nə dərk etmir».
8 Dərk edin, ey xalqın nadanları! Ey axmaqlar, nə vaxt ağla gələcəksiniz?
9 Qulaqları yaradan eşitməzmi? Gözlərə quruluş verən görməzmi?
10 Məgər millətlərə təlim verən, İnsanlara bilik öyrədən tənbeh etməzmi?
11 Rəbb insanın düşüncələrini görər, Bunların boş olduğunu bilər.
12 Ya Rəbb, bəxtiyar o insandır ki, ona təlim vermisən, Öz qanununu öyrətmisən!
13 Pislər üçün qəbir qazılanadək Onu dar gündən çıxarıb dinclik verəcəksən.
14 Çünki Rəbb xalqını Özündən ayırmaz, İrsini Öz əlindən verməz.
15 Yenə ədalətli hökmlər çıxarılacaq, Ürəyidüz olanlar haqqın ardınca gedəcək.
16 Kim mənim üçün pislərə qarşı durar? Şər iş görənlərə qarşı kim müdafiəçim olar?
Zəbur 94 in Azərbaycan dilində Müqəddəs Kitab