Text copied!
Bibles in South Azerbaijani

Zəbur 94:2-12 in South Azerbaijani

Help us?

Zəbur 94:2-12 in Azərbaycan dilində Müqəddəs Kitab

2 Ey dünyanın Hakimi, qalx, Təkəbbürlülərin əvəzini ödə!
3 Ya Rəbb, nə vaxtadək pislər – Axı nə vaxtadək pislər sevincdən cuşa gələcəklər?
4 Dillərindən lovğa sözlər tökülür, Bütün şər iş görənlər öyünürlər.
5 Ya Rəbb, xalqını əzirlər, Sənin irsindən olan adamlara zülm edirlər.
6 Dul qadını və qəribi öldürürlər, Yetimləri qırırlar.
7 Belə deyirlər: «Rəbb heç nə görmür, Yaqubun Allahı heç nə dərk etmir».
8 Dərk edin, ey xalqın nadanları! Ey axmaqlar, nə vaxt ağla gələcəksiniz?
9 Qulaqları yaradan eşitməzmi? Gözlərə quruluş verən görməzmi?
10 Məgər millətlərə təlim verən, İnsanlara bilik öyrədən tənbeh etməzmi?
11 Rəbb insanın düşüncələrini görər, Bunların boş olduğunu bilər.
12 Ya Rəbb, bəxtiyar o insandır ki, ona təlim vermisən, Öz qanununu öyrətmisən!
Zəbur 94 in Azərbaycan dilində Müqəddəs Kitab