Text copied!
Bibles in South Azerbaijani

Zəbur 94:13-23 in South Azerbaijani

Help us?

Zəbur 94:13-23 in Azərbaycan dilində Müqəddəs Kitab

13 Pislər üçün qəbir qazılanadək Onu dar gündən çıxarıb dinclik verəcəksən.
14 Çünki Rəbb xalqını Özündən ayırmaz, İrsini Öz əlindən verməz.
15 Yenə ədalətli hökmlər çıxarılacaq, Ürəyidüz olanlar haqqın ardınca gedəcək.
16 Kim mənim üçün pislərə qarşı durar? Şər iş görənlərə qarşı kim müdafiəçim olar?
17 Əgər Rəbb köməyim olmasaydı, Canım sükut diyarına vaxtsız köçərdi.
18 Mən «ayağım büdrəyir» deyən zaman, Ya Rəbb, mənə məhəbbətinlə dayaqsan.
19 Mən daxilən çox narahat olarkən Təsəlli verərək məni fərəhləndirirsən.
20 Qanun bəhanəsi ilə şər quran Əzazil hökmdarlardan Sənə yoldaş olarmı?
21 Əlbir olub salehlərin canına qəsd qururlar, Məhkum edib təqsirsizin qanına bais olurlar.
22 Amma Rəbb mənə qala oldu, Allahım mənə sığınacaq bir qaya oldu!
23 Pislərin şər işlərini başlarına gətirəcək, Pisliklərinə görə onları yox edəcək, Bəli, Allahımız Rəbb onları yox edəcək!
Zəbur 94 in Azərbaycan dilində Müqəddəs Kitab