Text copied!
Bibles in South Azerbaijani

Zəbur 92:4-14 in South Azerbaijani

Help us?

Zəbur 92:4-14 in Azərbaycan dilində Müqəddəs Kitab

4 Çünki, ya Rəbb, əməllərinlə məni sevindirmisən, Əllərinin işlərinə görə Səni mədh edirəm.
5 Ya Rəbb, Sənin işlərin nə qədər əzəmətlidir, Sənin fikirlərin dərindən dərindir!
6 Nadan insan bunu heç vaxt bilməz, Axmaq insan bunu dərk etməz:
7 Pislər ot kimi bitsə də, Bütün şər iş görənlər çiçəklənsə də, Əbədilik yox olacaqlar.
8 Amma, ya Rəbb, Sən əbədi ucasan.
9 Ya Rəbb, düşmənlərin mütləq qırılacaq, Bütün şər iş görənlər darmadağın olacaq.
10 Sən mənə çöl öküzü kimi güc vermisən, Başıma təzə zeytun yağı çəkmisən.
11 Düşmənlərimin yerə sərilməsini gözlərimlə gördüm, Bədxahlarımın can verməsini qulaqlarımla eşitdim.
12 Salehlər xurma ağacı kimi göyərir, Livandakı sidr ağacı kimi böyüyür.
13 Onlar Rəbbin evində əkilib, Onlar Allahımızın həyətində göyərir.
14 Qocalanda da bar verəcəklər, Təravətli, yamyaşıl qalacaqlar,
Zəbur 92 in Azərbaycan dilində Müqəddəs Kitab