Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 92

Zəbur 92:4-14

Help us?
Click on verse(s) to share them!
4Çünki, ya Rəbb, əməllərinlə məni sevindirmisən, Əllərinin işlərinə görə Səni mədh edirəm.
5Ya Rəbb, Sənin işlərin nə qədər əzəmətlidir, Sənin fikirlərin dərindən dərindir!
6Nadan insan bunu heç vaxt bilməz, Axmaq insan bunu dərk etməz:
7Pislər ot kimi bitsə də, Bütün şər iş görənlər çiçəklənsə də, Əbədilik yox olacaqlar.
8Amma, ya Rəbb, Sən əbədi ucasan.
9Ya Rəbb, düşmənlərin mütləq qırılacaq, Bütün şər iş görənlər darmadağın olacaq.
10Sən mənə çöl öküzü kimi güc vermisən, Başıma təzə zeytun yağı çəkmisən.
11Düşmənlərimin yerə sərilməsini gözlərimlə gördüm, Bədxahlarımın can verməsini qulaqlarımla eşitdim.
12Salehlər xurma ağacı kimi göyərir, Livandakı sidr ağacı kimi böyüyür.
13Onlar Rəbbin evində əkilib, Onlar Allahımızın həyətində göyərir.
14Qocalanda da bar verəcəklər, Təravətli, yamyaşıl qalacaqlar,

Read Zəbur 92Zəbur 92
Compare Zəbur 92:4-14Zəbur 92:4-14