Text copied!
Bibles in South Azerbaijani

Zəbur 90:8-12 in South Azerbaijani

Help us?

Zəbur 90:8-12 in Azərbaycan dilində Müqəddəs Kitab

8 Hüzurunda təqsirlərimizi üzə çıxarmısan, Gizli günahlarımıza üzünün işığını salmısan.
9 Ömür-günümüz Sənin qəzəbin altında keçir, İllərimiz bir nəfəs tək tükənir.
10 Yetmiş il ömür sürərik, Sağlam olsaq, səksənə yetişərik. Ən yaxşı çağımız belə, zəhmətlə, kədərlə keçir, Ömrümüz tez bitir, uçub-gedir.
11 Axı qəzəbinin gücünü kim dərk edə bilər? Hirsinin vahiməsini kim duya bilər?
12 Bizə öyrət nə qədər ömrümüz var, Qoy qəlbimiz hikmətli olsun.
Zəbur 90 in Azərbaycan dilində Müqəddəs Kitab