Text copied!
Bibles in South Azerbaijani

Zəbur 86:2-13 in South Azerbaijani

Help us?

Zəbur 86:2-13 in Azərbaycan dilində Müqəddəs Kitab

2 Möminəm, Sən Özün məni qoru, Ey Allahım, Sənə güvənən bəndəni qurtar.
3 Rəhm et mənə, ey Xudavənd, Çünki bütün gün Səni səsləyirəm!
4 Bu bəndənin qəlbini sevindir, Ey Xudavənd, Sənə ürəyimi təqdim edirəm.
5 Çünki Sən, ey Xudavənd, xeyirxahsan, bağışlayan Sənsən, Səni səsləyənlərin hamısı üçün məhəbbətin boldur.
6 Ya Rəbb, duamı dinlə, Yalvarışlarımın səsinə qulaq as.
7 Dar gündə Səni səsləyirəm, Bilirəm ki, mənə cavab verərsən.
8 Ey Xudavənd, allahlar arasında Sənin kimisi yoxdur, Əməllərin kimi əməl yoxdur.
9 Ey Xudavənd, yaratdığın millətlərin hamısı hüzuruna gələcək, Sənin ismini izzətləndirərək səcdə edəcək.
10 Çünki əzəmətli, xariqələr yaradan Sənsən, Yeganə Allah Sənsən!
11 Ya Rəbb, mənə yolunu göstər, Sənin həqiqətinlə addımlayım. Qəlbimi səmimi et, Qoy Sənin ismindən qorxum.
12 Ey Xudavənd Allahım, bütün qəlbimlə Sənə şükür edəcəyəm, Daim ismini izzətləndirəcəyəm.
13 Çünki mənə olan məhəbbətin böyükdür, Canımı ölülər diyarına enməkdən qurtardın.
Zəbur 86 in Azərbaycan dilində Müqəddəs Kitab