Text copied!
Bibles in South Azerbaijani

Zəbur 85:2-9 in South Azerbaijani

Help us?

Zəbur 85:2-9 in Azərbaycan dilində Müqəddəs Kitab

2 Xalqının təqsirlərini bağışladın, Bütün günahlarını əfv etdin. Sela
3 Sən bütün hirsini uddun, Qızğın qəzəbini yatırdın.
4 Ey bizi qurtaran Allah, Bizə bəxtəvər günlərimizi qaytar. Bizə qarşı hiddətindən əl çək.
5 Əbədilikmi bizə acığın tutacaq? Qəzəbin nəsildən-nəslə qədərmi uzanacaq?
6 Xalqın Səndən sevinc alsın deyə Bizi yenə dirçəltməyəcəksənmi?
7 Ya Rəbb, bizə məhəbbətini göstər, Bizi xilas et.
8 Rəbb Allah nə söyləsə, dinləyirəm. Sözləri xalqına, möminlərinə sülh bəyan edər ki, Onlar öz cəhalətlərinə dönməsinlər.
9 Bəli, Rəbb Ondan qorxanları qurtarmaq üçün, Ehtişamını ölkəmizdə saxlamaq üçün yaxınlaşır!
Zəbur 85 in Azərbaycan dilində Müqəddəs Kitab