Text copied!
Bibles in South Azerbaijani

Zəbur 79:1-6 in South Azerbaijani

Help us?

Zəbur 79:1-6 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Asəfin məzmuru. Ey Allah, millətlər Sənin mülkünə giriblər, Müqəddəs məbədini murdar ediblər, Yerusəlimi viranəliyə çeviriblər.
2 Qullarının cəsədini göydəki quşlara yem ediblər, Möminlərinin ətini yerdəki heyvanlara veriblər.
3 Yerusəlimin hər tərəfində onların qanı axıdılıb, Onları dəfn edən yoxdur.
4 Qonşularımızın tənə hədəfinə döndük, Ətrafdakılarımız tərəfindən ələ salınıb lağ edildik.
5 Ya Rəbb, nə vaxtacan, Yoxsa əbədilikmi bu qəzəbindən dönməyəcəksən, Qısqanclıqdan od tutub yanacaqsan?
6 Səni tanımayan millətlərin, İsmini çağırmayan ölkələrin üstünə hiddətini tök.
Zəbur 79 in Azərbaycan dilində Müqəddəs Kitab