Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 79

Zəbur 79:1-6

Help us?
Click on verse(s) to share them!
1Asəfin məzmuru. Ey Allah, millətlər Sənin mülkünə giriblər, Müqəddəs məbədini murdar ediblər, Yerusəlimi viranəliyə çeviriblər.
2Qullarının cəsədini göydəki quşlara yem ediblər, Möminlərinin ətini yerdəki heyvanlara veriblər.
3Yerusəlimin hər tərəfində onların qanı axıdılıb, Onları dəfn edən yoxdur.
4Qonşularımızın tənə hədəfinə döndük, Ətrafdakılarımız tərəfindən ələ salınıb lağ edildik.
5Ya Rəbb, nə vaxtacan, Yoxsa əbədilikmi bu qəzəbindən dönməyəcəksən, Qısqanclıqdan od tutub yanacaqsan?
6Səni tanımayan millətlərin, İsmini çağırmayan ölkələrin üstünə hiddətini tök.

Read Zəbur 79Zəbur 79
Compare Zəbur 79:1-6Zəbur 79:1-6