Text copied!
Bibles in South Azerbaijani

Zəbur 74:12-23 in South Azerbaijani

Help us?

Zəbur 74:12-23 in Azərbaycan dilində Müqəddəs Kitab

12 Ey Allah, əzəldən Padşahımsan, Yer üzünə qurtuluşlar verirsən.
13 Sən dənizi Öz qüdrətinlə böldün, Dəniz əjdahalarının başlarını əzdin.
14 Sən Livyatanın başlarını əzdin, Onu çöl heyvanlarına yem etdin.
15 Sən bulaqlar açıb sellər axıtdın, Həmişəaxar çayları isə qurutdun.
16 Gündüz də Sənindir, gecə də Sənin, Ayı və günəşi Sən yaratmısan.
17 Sən quru yerin bütün sərhədlərini qoydun, Həm yayı, həm qışı yaratdın.
18 Ya Rəbb, unutma, düşmən Səni söyür, Sənin adına axmaq bir xalq küfr edir.
19 Öz qumrunun canını yırtıcılara vermə, Məzlumlarının həyatını əsla unutma.
20 Özün bizimlə bağladığın əhdə bax! Zorakılıq yuvaları ölkənin hər zülmət yerinə dolub.
21 Qoyma əzabkeş yenə də rüsvay olsun, Qoy sənin adına məzlumlar və fəqirlər həmd oxusun.
22 Qalx, ey Allah, mübarizəni apar, Unutma ki, axmaqlar həmişə Səni söyür.
23 Düşmənlərinin səsini, Əleyhdarlarının daim yüksələn vəlvələsini unutma.
Zəbur 74 in Azərbaycan dilində Müqəddəs Kitab