Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 74

Zəbur 74:12-23

Help us?
Click on verse(s) to share them!
12Ey Allah, əzəldən Padşahımsan, Yer üzünə qurtuluşlar verirsən.
13Sən dənizi Öz qüdrətinlə böldün, Dəniz əjdahalarının başlarını əzdin.
14Sən Livyatanın başlarını əzdin, Onu çöl heyvanlarına yem etdin.
15Sən bulaqlar açıb sellər axıtdın, Həmişəaxar çayları isə qurutdun.
16Gündüz də Sənindir, gecə də Sənin, Ayı və günəşi Sən yaratmısan.
17Sən quru yerin bütün sərhədlərini qoydun, Həm yayı, həm qışı yaratdın.
18Ya Rəbb, unutma, düşmən Səni söyür, Sənin adına axmaq bir xalq küfr edir.
19Öz qumrunun canını yırtıcılara vermə, Məzlumlarının həyatını əsla unutma.
20Özün bizimlə bağladığın əhdə bax! Zorakılıq yuvaları ölkənin hər zülmət yerinə dolub.
21Qoyma əzabkeş yenə də rüsvay olsun, Qoy sənin adına məzlumlar və fəqirlər həmd oxusun.
22Qalx, ey Allah, mübarizəni apar, Unutma ki, axmaqlar həmişə Səni söyür.
23Düşmənlərinin səsini, Əleyhdarlarının daim yüksələn vəlvələsini unutma.

Read Zəbur 74Zəbur 74
Compare Zəbur 74:12-23Zəbur 74:12-23