Text copied!
Bibles in South Azerbaijani

Zəbur 69:4-19 in South Azerbaijani

Help us?

Zəbur 69:4-19 in Azərbaycan dilində Müqəddəs Kitab

4 Boş yerə mənə nifrət edənlər Başımın tükündən çoxdur. Haqsız yerə mənə düşmən kəsilənlər, Məni məhv etmək istəyənlər qüvvətlidir. Oğurlamadığım şeyləri necə qaytara bilərəm?
5 Ey Allah, ağılsızlıq etdiyimi bilirsən, Günahlarım Səndən gizli deyil.
6 Ey Ordular Rəbbi Xudavənd, Səni gözləyənlər Mənə görə qoy utanmasınlar. Ey İsrailin Allahı, Səni axtaranlar Mənə görə qoy xəcalət içində qalmasınlar.
7 Sənin uğrunda üzərimə rüsvayçılıq töküldü, Üzümü xəcalət bürüdü.
8 Qardaşlarıma yad oldum, Anamın oğullarına özgə sayıldım.
9 Evinin qeyrəti məni yandırıb-yaxdı, Səni təhqir edənlərin rüsvayçılıq təhqirləri altında qaldım.
10 Oruc tutub ağlamağımı belə, Mənə rüsvayçılıq saydılar.
11 Mən çula bürünəndə Onlara söz oldum.
12 Darvazadakı adamlar məndən qeybət edirlər, Sərxoşların dilinin nəğməsinə çevrildim.
13 Mənsə, ya Rəbb, Sənə dua edirəm. Ey Allah, münasib gördüyün zaman Bol məhəbbətinə görə mənə cavab ver, Çünki qurtuluşuna etibar etmişəm.
14 Məni qurtar, bataqlığa batmayım, Qoy düşmənlərimdən, Dərin sulardan xilas olum.
15 Qoy sellər məni aparmasın, Dərinlik məni udmasın, Quyu üstümdə ağzını yummasın.
16 Ya Rəbb, mənə cavab ver, Çünki məhəbbətin yaxşıdır.
17 Üzünü bu bəndəndən gizlətmə, Tez cavab ver, çünki əzab çəkirəm.
18 Yetiş, canımı azad et, Məni düşmənlərimdən xilas et.
19 Başıma gələn rüsvayçılığı, Biabırçılığı, xəcaləti bilirsən, Bütün yağılarım qarşındadır.
Zəbur 69 in Azərbaycan dilində Müqəddəs Kitab