Text copied!
Bibles in South Azerbaijani

Zəbur 69:28-35 in South Azerbaijani

Help us?

Zəbur 69:28-35 in Azərbaycan dilində Müqəddəs Kitab

28 Qoy adları həyat kitabından silinsin, Salehlərlə yanaşı yazılmasın.
29 Mən məzlumam, dərdliyəm, Ey Allah, Sənin qurtuluşun məni ucaltsın.
30 Allahın isminə ilahilərlə həmd oxuyacağam, Onu şükürlərlə ucaldacağam.
31 Mal-qara qurbanından çox Bu, Rəbbin xoşuna gələcək, Buynuzlu, dırnaqlı buğadan çox Bu Ona xoş gələcək.
32 Bunu görən məzlumlar qoy sevinsin, Ey Allahı axtaranlar, ürəyiniz dirçəlsin.
33 Çünki Rəbb fəqirləri eşidir, Öz əsir xalqına xor baxmır.
34 Göy, yer, dənizlər, oradakı canlılar Qoy Rəbbə həmd oxusunlar.
35 Çünki Allah Sionu qurtaracaq, O, Yəhuda şəhərlərini bərpa edəcək. Onun xalqı oranı mülk edib məskən salacaq,
Zəbur 69 in Azərbaycan dilində Müqəddəs Kitab