Text copied!
Bibles in South Azerbaijani

Zəbur 69:21-33 in South Azerbaijani

Help us?

Zəbur 69:21-33 in Azərbaycan dilində Müqəddəs Kitab

21 Mənə yemək əvəzinə öd verdilər, Susayanda sirkə içirtdilər.
22 Süfrələri onlar üçün tələ olsun, Müttəfiqləri üçün tor olsun.
23 Gözlərinə qara gəlsin, görməsinlər, Belləri onları lərzəyə salsın.
24 Qoy qəzəbin onların üzərinə yağsın, Qoy hiddətinin qızğınlığı onları tutsun.
25 Düşərgələri viran olsun, Çadırları boş qalsın.
26 Çünki Sənin vurduğun insanı təqib edirlər, Yaraladıqlarının dərdini ona qaxınc edirlər.
27 Bu təqsirkarları daha da təqsirkar çıxar, Səndən bəraət almasınlar.
28 Qoy adları həyat kitabından silinsin, Salehlərlə yanaşı yazılmasın.
29 Mən məzlumam, dərdliyəm, Ey Allah, Sənin qurtuluşun məni ucaltsın.
30 Allahın isminə ilahilərlə həmd oxuyacağam, Onu şükürlərlə ucaldacağam.
31 Mal-qara qurbanından çox Bu, Rəbbin xoşuna gələcək, Buynuzlu, dırnaqlı buğadan çox Bu Ona xoş gələcək.
32 Bunu görən məzlumlar qoy sevinsin, Ey Allahı axtaranlar, ürəyiniz dirçəlsin.
33 Çünki Rəbb fəqirləri eşidir, Öz əsir xalqına xor baxmır.
Zəbur 69 in Azərbaycan dilində Müqəddəs Kitab