Text copied!
Bibles in South Azerbaijani

Zəbur 69:2-10 in South Azerbaijani

Help us?

Zəbur 69:2-10 in Azərbaycan dilində Müqəddəs Kitab

2 Dərin bataqlığa batmaqdayam, Ayaq üstə durmağa yer yoxdur. Dərin sulara qərq olmuşam, Sellər məni aparır.
3 Fəryad etməkdən taqətim kəsildi, Allahı gözləməkdən Boğazım qurudu, gözümün nuru söndü.
4 Boş yerə mənə nifrət edənlər Başımın tükündən çoxdur. Haqsız yerə mənə düşmən kəsilənlər, Məni məhv etmək istəyənlər qüvvətlidir. Oğurlamadığım şeyləri necə qaytara bilərəm?
5 Ey Allah, ağılsızlıq etdiyimi bilirsən, Günahlarım Səndən gizli deyil.
6 Ey Ordular Rəbbi Xudavənd, Səni gözləyənlər Mənə görə qoy utanmasınlar. Ey İsrailin Allahı, Səni axtaranlar Mənə görə qoy xəcalət içində qalmasınlar.
7 Sənin uğrunda üzərimə rüsvayçılıq töküldü, Üzümü xəcalət bürüdü.
8 Qardaşlarıma yad oldum, Anamın oğullarına özgə sayıldım.
9 Evinin qeyrəti məni yandırıb-yaxdı, Səni təhqir edənlərin rüsvayçılıq təhqirləri altında qaldım.
10 Oruc tutub ağlamağımı belə, Mənə rüsvayçılıq saydılar.
Zəbur 69 in Azərbaycan dilində Müqəddəs Kitab