15 Qoy sellər məni aparmasın, Dərinlik məni udmasın, Quyu üstümdə ağzını yummasın.
16 Ya Rəbb, mənə cavab ver, Çünki məhəbbətin yaxşıdır.
17 Üzünü bu bəndəndən gizlətmə, Tez cavab ver, çünki əzab çəkirəm.
18 Yetiş, canımı azad et, Məni düşmənlərimdən xilas et.
19 Başıma gələn rüsvayçılığı, Biabırçılığı, xəcaləti bilirsən, Bütün yağılarım qarşındadır.
20 Rüsvayçılıq qəlbimi qırdı, Gör necə biçarəyəm. Çox axtardım, halıma yanan tapılmadı, Hey axtardım, təsəlli verən olmadı.
21 Mənə yemək əvəzinə öd verdilər, Susayanda sirkə içirtdilər.
22 Süfrələri onlar üçün tələ olsun, Müttəfiqləri üçün tor olsun.
23 Gözlərinə qara gəlsin, görməsinlər, Belləri onları lərzəyə salsın.