Text copied!
Bibles in South Azerbaijani

Zəbur 69:11-24 in South Azerbaijani

Help us?

Zəbur 69:11-24 in Azərbaycan dilində Müqəddəs Kitab

11 Mən çula bürünəndə Onlara söz oldum.
12 Darvazadakı adamlar məndən qeybət edirlər, Sərxoşların dilinin nəğməsinə çevrildim.
13 Mənsə, ya Rəbb, Sənə dua edirəm. Ey Allah, münasib gördüyün zaman Bol məhəbbətinə görə mənə cavab ver, Çünki qurtuluşuna etibar etmişəm.
14 Məni qurtar, bataqlığa batmayım, Qoy düşmənlərimdən, Dərin sulardan xilas olum.
15 Qoy sellər məni aparmasın, Dərinlik məni udmasın, Quyu üstümdə ağzını yummasın.
16 Ya Rəbb, mənə cavab ver, Çünki məhəbbətin yaxşıdır.
17 Üzünü bu bəndəndən gizlətmə, Tez cavab ver, çünki əzab çəkirəm.
18 Yetiş, canımı azad et, Məni düşmənlərimdən xilas et.
19 Başıma gələn rüsvayçılığı, Biabırçılığı, xəcaləti bilirsən, Bütün yağılarım qarşındadır.
20 Rüsvayçılıq qəlbimi qırdı, Gör necə biçarəyəm. Çox axtardım, halıma yanan tapılmadı, Hey axtardım, təsəlli verən olmadı.
21 Mənə yemək əvəzinə öd verdilər, Susayanda sirkə içirtdilər.
22 Süfrələri onlar üçün tələ olsun, Müttəfiqləri üçün tor olsun.
23 Gözlərinə qara gəlsin, görməsinlər, Belləri onları lərzəyə salsın.
24 Qoy qəzəbin onların üzərinə yağsın, Qoy hiddətinin qızğınlığı onları tutsun.
Zəbur 69 in Azərbaycan dilində Müqəddəs Kitab