Text copied!
Bibles in South Azerbaijani

Zəbur 55:5-17 in South Azerbaijani

Help us?

Zəbur 55:5-17 in Azərbaycan dilində Müqəddəs Kitab

5 Mənə qorxu və titrətmə gəlib, Canımı vicvicə bürüyüb.
6 Dedim: «Kaş göyərçin kimi qanadlarım olaydı, Uçub rahatlıq tapaydım.
7 Doğrudan da, uzaqlara qaçardım, Çöllərdə məskən salardım. Sela
8 Bu sərt yellərdən, qasırğalardan Daldalanmaq üçün tez bir yerə gedəydim».
9 Ey Xudavənd, bu şəhəri alt-üst et, Oradakıların dillərinə ayrılıq sal. Orada zorakılıq, dava gördüm;
10 Bunlar gecə-gündüz divarlarının üstündə dolanır, Pislik və şər şəhərin içindədir,
11 Aralarında qırğın var, Meydanlarından hədə-qorxu və fırıldaq çıxır.
12 Əgər məni düşmən təhqir etsəydi, dözərdim, Yağı qarşımda qürrələnsəydi, gizlənərdim.
13 Amma bunu sən etdin, ey rəfiqim, Ey yoldaşım, ürək həmdəmim.
14 Səninlə şirin-şirin söhbət edərdik, Allah evinə birgə gedərdik.
15 Qoy düşmənlərə qəfil ölüm gəlsin, Onlar diri-diri ölülər diyarına düşsün, Çünki şər onların evində və qəlbindədir.
16 Mənsə Allahı səsləyərəm, Rəbb məni xilas edər.
17 Səhər, günorta, axşam nalə çəkirəm, Ah-zar edirəm, O, səsimi eşidir.
Zəbur 55 in Azərbaycan dilində Müqəddəs Kitab