Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 55

Zəbur 55:5-17

Help us?
Click on verse(s) to share them!
5Mənə qorxu və titrətmə gəlib, Canımı vicvicə bürüyüb.
6Dedim: «Kaş göyərçin kimi qanadlarım olaydı, Uçub rahatlıq tapaydım.
7Doğrudan da, uzaqlara qaçardım, Çöllərdə məskən salardım. Sela
8Bu sərt yellərdən, qasırğalardan Daldalanmaq üçün tez bir yerə gedəydim».
9Ey Xudavənd, bu şəhəri alt-üst et, Oradakıların dillərinə ayrılıq sal. Orada zorakılıq, dava gördüm;
10Bunlar gecə-gündüz divarlarının üstündə dolanır, Pislik və şər şəhərin içindədir,
11Aralarında qırğın var, Meydanlarından hədə-qorxu və fırıldaq çıxır.
12Əgər məni düşmən təhqir etsəydi, dözərdim, Yağı qarşımda qürrələnsəydi, gizlənərdim.
13Amma bunu sən etdin, ey rəfiqim, Ey yoldaşım, ürək həmdəmim.
14Səninlə şirin-şirin söhbət edərdik, Allah evinə birgə gedərdik.
15Qoy düşmənlərə qəfil ölüm gəlsin, Onlar diri-diri ölülər diyarına düşsün, Çünki şər onların evində və qəlbindədir.
16Mənsə Allahı səsləyərəm, Rəbb məni xilas edər.
17Səhər, günorta, axşam nalə çəkirəm, Ah-zar edirəm, O, səsimi eşidir.

Read Zəbur 55Zəbur 55
Compare Zəbur 55:5-17Zəbur 55:5-17