Text copied!
Bibles in South Azerbaijani

Zəbur 50:11-22 in South Azerbaijani

Help us?

Zəbur 50:11-22 in Azərbaycan dilində Müqəddəs Kitab

11 Dağlardakı bütün quşları tanıyıram, Bütün çöl heyvanları əlimin altındadır.
12 Acsam, sənə demərəm, Çünki dünyaya, dünyadakı hər şeyə sahibəm!
13 Məgər Mən buğa əti yeyirəm? Məgər Mən təkə qanı içirəm?
14 Şükür qurbanını Allaha təqdim et, Haqq-Taalaya əhd etdiyin təqdimlərini ver.
15 Dar gündə Məni çağır, Mən səni xilas edəcəyəm, Sən də Məni şərəfləndirəcəksən».
16 Pislərəsə Allah deyir: «Qaydalarımı əzbər söyləməyə haqqınız varmı? Əhdimi dilə gətirməyə haqqınız varmı?
17 Mənim iradıma nifrət edirsən, Sözlərimi qulaq ardına vurursan.
18 Bir oğru görəndə ona qoşulursan, Zinakarlara yoldaş olursan.
19 Ağzını şər üçün açırsan, Dilini fırıldaq üçün işə salırsan.
20 Oturub qardaşından gileylənirsən, Ananın oğlundan qeybət edirsən.
21 Sən belə edəndə Mən dinməmişəm. Məgər Məni özün kimi sanırsan? İndi isə səni tənbeh edəcəyəm, Əməllərini gözünün önünə düzəcəyəm.
22 Ey Allahı unudanlar, Buna diqqət edin! Yoxsa sizi parça-parça edərəm, Heç birinizi xilas edən olmaz.
Zəbur 50 in Azərbaycan dilində Müqəddəs Kitab